Polad Bülbüloğlu qubernatorla görüşüb

Söhbət zamanı turizm, mədəni-humanitar, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb, Sankt-Peterburqda tikilməsi planlaşdırılan logistika mərkəzinin əlaqələrin inkişafında rolu önə çəkilib.
İyunun 16-18-də keçirilməsi nəzərdə tutulan Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda ölkəmizin nümayəndə heyətinin iştirakı, Azərbaycan və Sankt-Peterburq hökumətləri arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasının vaxtının müəyyənləşdirilməsi, mövcud müqavilələrə bir daha baxılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Baş konsulluğun işinin daha da canlandırılması və bunun üçün şəhər administrasiyası ilə daha yaxından əməkdaşlığın zəruriliyi qeyd olunub.
AzVision.az