Putin beynəlxalq məhkəməyə verildi

 Putin beynəlxalq məhkəməyə verildi
  22 May 2016    Oxunub:2651
Ukraynanın hava məkanında Malayziyaya məxsus sərnişin təyyarəsinin vurulması nəticəsində ölən insanların ailələri Rusiya prezidenti Vladimir Putini məhkəməyə veriblər.
Məlumata görə, 2014-cü ildə baş vermiş hadisə nəticəsində 298 nəfər ölmüşdü. Təyyarənin Rusiya istehsalı olan raketlə vurulduğu bildirilir.

Ukrayna hökuməti və Qərb təyyarənin vurulmasında rusiyayönümlü üsyançıları ittiham edirlər.

Ölən insanların ailələri Putinin Avropa İnsan Haqları Məhkəməsi qarşısında cavab verməsini tələb ediblər.

Ailələr hadisəyə görə Rusiya hökumətindən kompensasiya da istəyiblər. Hər bir ölən şəxsə görə 7.2 milyon dollar tələb olunub.

İddianamə ilə əlaqədar işə baxan amerikalı vəkil Cerri Skiner ailələrin tələblərini səsləndirib.

“Qəza qurbanlarının ailələri və yaxınları üçün hadisənin cinayət olduğunu bilərək yaşamaq çətindir. Rusların hadisəyə görə Ukraynanı təqsirləndirməsinə heç bir əsas, heç bir fakt yoxdur. Bizim isə, əlimizdə tonlarla fakt, fotoşəkil, sənəd var”, - Skiner deyib.

Putinə qarşı qaldırılan iddianamədə 33 nəfərin imzası var. Onlardan 8-i avstraliyalı, biri yeni zelandiyalı, qalanları isə, malayziyalıdır. (Ans)

AzVision.az


Teqlər:  





Xəbər lenti