Türkiyə yeni baş nazirini seçir - Yenilənib

Türkiyə yeni baş nazirini seçir - Yenilənib
  22 May 2016    Oxunub:8414
Bu gün 14 ildən bəri Türkiyədə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının (AKP) II fövqəladə qurultayı Ankarada öz işinə başlayıb.
Qurultayın başlamasından əvvəl sədrliyə namizəd Binali Yıldırım salonu dolaşaraq nümayəndələri salamlayıb.

B. Yıldırımdan sonra salona gələn AKP-nin bu günə qədərki sədri və baş nazir Əhməd Davudoğlu isə salonu dolaşaraq qurultay nümayəndələriylə vidalaşıb. Qurultayı açmaq söz alan AKP sədrinin təşkilat məsələləri üzrə müavini Mustafa Ataş, partiya sədrliyinə yeni namizədlərin göstərilməsi üçün qurultay iştirakçılarına 5 dəqiqə vaxt verib, ancaq AKP sədrliyinə B. Yıldırımdan başqa namizəd göstərilməyib. M. Ataş partiyanın qurucu lideri olan prezident Ərdoğanın adını çəkərkən salondan alqış səsləri yüksəlib.

AKP sədrinin müavini M. Ataş deyib ki, bu müqəddəs yürüşdə bir çox qadın və gənclərin imzası var: “Bu müqəddəs əmanəti 26 avqust 2014-cü ildə qurucu liderimizdən təhvil alaraq vəzifəsinin öhdəsində ləyaqətlə gələn Əhməd Davudoğluna təşəkkür edir, sədrliyə namizədimiz Binali Yıldırıma uğurlar diləyirəm”.



M. Ataş qurultayın Rəyasət Heyətinin sədrliyinə ədliyyə naziri Bəkir Bozdağın namizədliyini irəli sürüb. Təklif yekdilliklə qəbul edilib. B. Bozdağ qurultayın proqramını oxuyandan sonra AKP-nin bu qurultayının da Türkiyənin demokratik həyatı üçün örnək olacağını vurğulayıb: “AKP-nin tək lideri var, o da prezidentimiz Rəcəb Tayyib Ərdoğandır".

B. Bozdağ baş nazir Ə. Davudoğluya təşəkkürünü bildirib.

AKP-nin II fövqəladə qurultayında məclisdə təmsil edilən və edilməyən partiyaların, QHT-lərin, araşdırma mərkəzlərinin təmsilçiləri iştirak edirlər. (Apa)



***



Bu gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) fövqəladə qurultayı keçirilir.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, qurultay artıq öz işinə başlayıb.

AKP-nin Ankara Arena İdman Salonunda keçirilən qurultayında partiya başqanlığına yeganə namizəd Binali Yıldırımdır.

O, Əhməd Davudoğludan sonra AKP-nin üçüncü sədri olacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti