Bu gün AŞPA-nın komitə iclasları keçiriləcək

Parlamentin mətbuat xidmətindən bildiriblər ki, iclaslarda Türkiyədə demokratik institutların fəaliyyəti ilə bağlı danışıqlar, Azərbaycana və Gürcüstana faktaraşdırıcı səfərlərin yekunları, terror təhlükəsi və demokratik perspektivlər arasında Liviyanın gələcəyi, Ukraynadakı böhranın siyasi nəticələri və digər mövzularda müzakirələr aparılacaq.
Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov mayın 26-dan 28-dək isə AŞPA-nın Tallin şəhərində keçiriləcək Büro və daimi komitə iclaslarında iştirak edəcək.
AzVision.az
Teqlər: