Konsertdə atışma: 3 ölü, 11 yaralı

Konsertdə atışma: 3 ölü, 11 yaralı
  22 May 2016    Oxunub:2018
Dünən gecə saatlarında Avstriyanın Nentsinq şəhərindəki konsert meydançasında atışma baş verib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, 27 yaşındakı kişinin ətrafdakılara tapançadan açdığı atəş nəticəsində 3 nəfər ölüb, 11 nəfər yaralanıb. Atəş açan şəxs polis gələnədək intihar edib.

Hüquq mühafizə orqanlarının məlumatına görə, konsert meydançasında bir kişi və qadın arasında mübahisə düşüb. Sonra həmin kişi meydançanın yaxınlığında park etdiyi avtomobilindən silah götürərək geri qayıdıb və onu dövrəyə alan adamlara atəş açmağa başlayıb. Mübahisənin iştirakçısı olan qadın zərər çəkməyib.

Polis hadisə yerində istintaqı davam etdirir. İnsidentə gətirib çıxaran səbəblər hələlik açıqlanmayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti