`Tramp milyarder deyil` - Rəqibindən şok iddia

`Tramp milyarder deyil` - Rəqibindən şok iddia
  23 May 2016    Oxunub:4374
ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizəd, Vermont ştatının senatoru Berni Sanders Donald Trampın milyarder olmasına şübhə ilə yanaşıb.
Bu barədə AzVision.az “ABC News”-a istinadən xəbər verir.

“Tramp bizə milyarder olduğunu deyir. Kim bilir?... Tramp adətən düz danışmır”, - deyə Sanders qeyd edib.

Məlumatda qeyd olunur ki, hər iki partiyanın çağırışlarına baxmayaraq, Tramp hələ də vergi bəyannaməsi açıqlamaqdan imtina edir.

Bundan əlavə, Sanders Trampın nüvə silahlı tətbiq etmək barədə fikirlərini sərt şəkildə tənqid edərək bildirib: “Bizim işimiz bu dünyanı nüvə silahından azad etməkdir”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti