`Tramp ABŞ üçün təhlükədir` – Klinton

“Fikrimcə, onun fikirləri və ümumilikdə namizədliyi bizim ölkə üçün təhlükə yaradır”, - deyə, Klinton qeyd edib.
Bundan əlavə, Klinton vurğulayıb ki, o, özünü Demokratlar partiyasından faktiki namizədi hesab edir və ona görə də prezident yarışında Trampla mübarizəyə bütün diqqətini yönəltməyə hazırdır: “O, normal namizəd deyil. O, bizim ən yaxın müttəfiqimiz – Böyük Britaniyaya qarşı çıxır, Şimali Koreyadan olan diktatoru mədh edir, NATO-dan çıxmağımızı istəyir, digər ölkələrə nüvə silahı əldə etməyə imkan verəcəyini bildirir və s”.
Sabiq dövlət katibi bütün bunların birbaşa təhlükə xarakteri olduğunu bildirib.
Eldar Tanrıverdiyev
AzVision.az