Erməni politoloq: `Sarkisyan Qarabağı qaytarmağa hazırlaşır`

Erməni politoloq: `Sarkisyan Qarabağı qaytarmağa hazırlaşır`
  23 May 2016    Oxunub:6481
“2005-ci ildə Serj Sarkisyanın “Ağdam bizim torpaqdır ki?” çıxışı əhali arasında çaşqınlıq yaratdı. Lakin bundan daha pis vəziyyət aprel hadisələri oldu. Sarkisyan 800 hektar ərazinin itirdiyini etiraf etdi. Bəziləri düşünürdü ki, bundan sonra cəmiyyətdə ciddi müzakirələr gedəcək, hətta nümayişlər olacaq. Lakin bu baş vermədi”.

AzVision.az xəbər verir ki, erməni politoloq Aqasi Enokyan mövcud siyasi durumu dəyərləndirərək qeyd edib ki, hazırda iki faktoru nəzərdə keçirmək vacibdir:

“Birincisi Koçaryan-Sarkisyan cütlüyü Qarabağ problemi ilə iqtidara gəlmişdi. Bundan sonra “bir qarış torpağı verməmək” tezisi ilə siyasətlərini yürütməyə başladılar. Bunula da Qarabağın real məqsədindən insanların düşünücələrini yayındırmağı bacardılar. Bunu etmək çox asan idi. Vətənpərvərlik hisslərində manipulyasiya etmək çox asandır.

Digər məsələ ondan ibarətdir ki, Ermənistanın siyasi elitası və sahəsi yoxdur. Sarkisyan özünün idrarəçiliyi zamanı bütün siyasi partiyaların fəaliyyətini iflic itdi, bəziləri birləşdi, bəziləri isə məhv oldu. Hazırda siyasi güclər Sarksiyanın verəcəyi bəyanatı gözləyir, şəxsi təşəbbüslər irəli sürmürlər”.

Politoloq hesab edir ki, istər 800 hektar olsun, istərsə də mövqe itirmək vəziyyətin dəyişməsindən xəbər verir:

“Düşünürəm ki, Qarabağ münaqişəsinin həllində tərəflər kompromisə getməlidir. Tək bizim istəyimizlə bu münaqişənin nizamlanması mümkün deyil. Odur ki, Qarabağın həllində biz mütləq torpaqların bir hissəsini geri qaytarmalıyıq. Bundan sonra Sarkisyan öz istefa ərizəsini yazıb çıxmalıdır.

Bəziləri geri alınan ərazilərin əhəmiyyət kəsb etmədiyini bildirsə də, bu, çox ciddi vəziyyətdir. Bu, birbaşa daxili təhlükəsizliyin, ölkənin mövcuduluğuna olan təhlükədir.

Bəllidir ki, torpaqları qaytaran prezident iqtidarda qala bilməz. Düşünürəm ki, Ter-Petrosyan-Sarksiyan biriliyi məhz yerdəyişməyə xidmət edir. Yəni Sarkisyan gedir. yerinə Petrosyan gəlir. Petrosyan da bilir ki, Serjin iqtidardan getməsinin başında torpaqların geri qaytarılması dayanır”.

Politoloqun fikrincə, Sarkisyan işğal olunan Qarabağ torpaqlarını Azərbaycana qaytaracaq.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti