Əsəd erməni qəbirlərini İŞİD-dən aldı

Əsəd erməni qəbirlərini İŞİD-dən aldı
  23 May 2016    Oxunub:2324
Suriya prezidenti Bəşər Əsədə sadiq qüvvələr Deyr-əz-Zor şəhərində İraq və Şam İslam Dövlətinin (İŞİD) nəzarət etdiyi əraziləri işğaldan azad edib.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, əməliyyatların keçirilməsində artilleriya və hava-desant qüvvələri iştirak edib.

İntensiv döyüşlər zamanı şəhərin qərbində yerləşən erməni qəbiristanlığı İŞİD-in əlindən alınıb.

Xatırladaq ki, 2014-cü ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Elə həmin il iyunun ayının sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan edib. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti