`Hamı bu daşın altına əlini qoymalıdır` - Ərdoğan

“Beynəlxalq hüququn pozulmasının qarşısını almaq üçün daha çox səy göstərməliyik. İnsanlığa qarşı işlənən cinayətlərin qarşısının alınması üçün əlimizdən gələni edəcəyik. Yerlərindən məhrum olan qadın, uşaq, fiziki məhdudiyyətli insanlara daha çox yardım ediləcək. Yardımlardan asılılığı azaltmaq və hər millətin öz ayaqları üzərində dura bilməsi üçün daha çox səylərə ehtiyac var”.
Ərdoğan əlavə edib ki, Türkiyə Suriya qaçqınlarına fəal kömək edən ölkələrdən biridir: “Türkiyə suriyalı qaçqınların saxlanılmasına 10 milyard dollar xərcləyib, ölkədəki suriyalı qaçqınların sayı 3 milyon nəfərdir. Dünya birliyi isə suriyalı qaçqınların saxlanılmasına 455 milyon dollar ayırıb. Bu sığınma prosesi davam etsə də, təhdidlə qarşı-qarşıya qalan kim olursa olsun, qapımızı insanlara, insanlığa bağlamayacağıq.
Hazırki beynəlxalq sistem insanlığın təcili problemləri qarşısında təəssüf ki, zəif qalıb. Bəzi ölkələr bu məsuliyyəti təkbaşına üzərinə götürüb. Artıq hər kəs çiynini bu yükün altına verməlidir. Humanitar yardım məsələsində sistemi yenidən nəzərdən keçirməyimiz lazımdır. Mövcud sistem bununla bağlı problemlərin həllində acizdir. Hamı bu daşın altına əlini qoymalıdır`.
Ərdoğan qeyd edib ki, insanlığa qarşı işlədilən əməllərə görə günahkarlar cəzasız qalmamalıdır.
İlkin Nəcəfzadə
AzVision.az