Sarkisyan daha bir generalı işdən qovdu

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Serj Sarkisyan sərəncam imzalayıb.
Sərəncama əsasən Müdafiə Nazirlyinin Silahlandırma İdarəsinin rəisi, general Melsik Çilingəryan tutduğu vəzifədən azad edilib.
Onun işdən çıxarılmasının səbəbi açıqlanmayıb. Bunula da Sarkisyan son 1 ayda sayca 4-cü generalı vəzifəsindən kənarlaşdırıb.
Qeyd edək ki, aprelin 26-da Ermənistan prezidenti Serj Sarkisyanın fərmanına əsasən Ermənistan ordusunun üç generalı tutduğu vəzifədən kənarlaşdırılıb. Buna səbəb kimi Ermənistanın sonuncu döyüşlərdə ağır məğlubiyyətə düçar olması göstərilir.
İlkin Nəcəfzadə
AzVision.az