AzVision.az xəbər verir ki, artıq prezident Nazirlər Kabinetinin yeni tərkibini də təsdiq edib.
Yeni Nazirlər Kabinetinin tərkibi aşağıdakı kimidir:
Baş nazirin müavinləri - Nurəddin Canikli, Mehmet Şimşək, Numan Kurtulmuş, Toğrul Türkeş, Veysi Kaynak.
Mövlud Çavuşoğlu - Xarici işlər naziri
Ömər Çelik - Avropa Birliyi naziri
Ədliyyə naziri – Bəkir Bozdağ
Nihat Zeybəkçi – iqtisadiyyat naziri
Fikri İşıq – müdafiə naziri
Berat Albayrak – enerji və təbii ehtiyatlar naziri
Əfqan Ala – daxili işlər naziri
İsmət Yılmaz – təhsil naziri
Fatma Betül Kaya – ailə və sosial siyasət naziri
Faruk Özlü – elm, sənaye və texnologiya naziri
Süleyman Soylu - əmək və sosial müdafiə naziri
Mehmet Özhaseki – ekologiya və şəhərsalma naziri
Akik Çağatay Kılıç – gənclik və idman naziri
Faruk Çelik – qida, kənd təsərrüfatı və heyvandarlıq naziri
Bülənt Tüfəkçi – gömrük və ticarət naziri
Lütfü Əlvan – inkişaf naziri
Nabi Avcı – mədəniyyət və turizm naziri
Naci Ağbal – maliyyə naziri
Veysəl Əroğlu – meşəçilik və su işləri naziri
Rəcəb Akdağ – səhiyyə naziri
Əhməd Aslan – kommunikasiya, dənizçilik və rabitə naziri.
Yeni hökumət parlamentdə təsdiq ediləndən sonra rəsmən fəaliyyətə başlayacaq.

Hökumətinin tərkibində yer alan 8 nəfər vəzifəsindən uzaqlaşdırılıb, 4 nazirin isə vəzifəsi dəyişdirilib. Baş nazirin müavini Yalçın Akdoğan, ailə və sosial təminat naziri Sema Ramazanoğlu, ətraf mühit və şəhərsalma naziri Fatma Güldemet Sarı, Avropa İttifaqı naziri Volkan Bozkır, səhiyyə naziri Mehmet Müezzinoğlu, iqtisadiyyat naziri Mustafa Elitaş, inkişaf naziri Cevdet Yılmaz, mədəniyyət və turizm naziri Mahir Ünal yeni hökumətdə təmsil olunmayacaqlar.
Vəzifələri dəyişən nazirlər isə bunlardır: Fikri İşıq (elm, sənaye və texnologiya naziri idi, yeni kabinetdə milli müdafiə naziri olacaq, əvvəl bu vəzifəni İsmət Yılmaz tutub), Lütfi Elvan (baş nazirin müavini idi, inkişaf naziri olacaq, əvvəl Cevdet Yılmaz), Nəbi Avcı (milli təhsil naziri idi, mədəniyyət və turizm naziri olacaq, keçmiş kabinetdə bu vəzifəni Mahir Ünal tutub), İsmət Yılmaz (milli müdafiə naziri idi, milli təhsil naziri olacaq, əvvəl Nəbi Avcı).
İlkin Nəcəfzadə
AzVision.az