`Ştanmayer Qarabağ üçün əlindən gələni edəcək`

Onun sözlərinə görə, Bundestaq ATƏT-in Minsk Qrupunun səyləri nəticəsində cəbhədə atəşkəsin əməl olunması ilə bağlı əldə olunan razılaşmanı alqışlayır: “Münaqişənin hərbi yolla həlli mümkün deyil. Odur ki, biz münaqişə tərəflərinə atəşkəs barədə əldə olunan razılaşmaya əməl etməyə çağırırıq”.
O, qeyd edib ki, təmas xəttindəki insidentlərin istintaqı mexanizminin tətbiqi yeni gərginliyin yaranmasının qarışısını alacaq:
“Hesab edirəm ki, prezidentlərin iyunda baş tutacaq görüşündə əldə edilən razilaşmalar effektli olacaq. Almaniya danışıqlarda müsbət dinamika görmək istəyir. Almaniya Federativ Respublikasının Xarici İşlər naziri Frank-Valter Ştanmayer də regionda sühün davamlı olması üçün əlindən gələni edəcək.
Atəşin dayandırılması ilə bağlı yeni razılaşmanın danışıqların yenilənməsi üçün əsas olacağına ümid edirik. Bunun əsasında isə fundamental prinsiplər dayanacaq”.
İlkin Nəcəfzadə
AzVision.az