`Azərbaycanla münasibətimiz daha da dərinləşəcək` - Marqvelaşvili

`Azərbaycanla münasibətimiz daha da dərinləşəcək` - Marqvelaşvili
  24 May 2016    Oxunub:1524
Gürcüstanın Prezidenti Giorgi Marqvelaşvili Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
AzVision.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Sizi milli bayramınız - Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Bu gözəl gündə xatırlamaq xoşdur ki, Azərbaycan xalqı uğurlu və müstəqil dövlət qurmaq yolunda böyük çətinlikləri dəf edib. Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, bu gün biz Azərbaycanın firavan ölkə olduğunun və beynəlxalq arenada layiqli yer tutduğunun şahidiyik. Strateji əməkdaşlığımızı nəzərə alaraq, əmin olduğumu bildirirəm ki, Gürcüstan ilə Azərbaycan arasındakı tarixi dostluq münasibətləri və sıx əməkdaşlıq ölkələrimiz və xalqlarımız naminə birgə səylərimiz nəticəsində gələcəkdə daha da dərinləşəcək.

Bu xoş fürsətdən istifadə edərək, Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyinizə görə Sizə minnətdarlığımı bildirirəm.

Zati-aliləri, Sizə bir daha öz dərin ehtiramımı ifadə edir və qardaş Azərbaycan xalqına sülh, sabitlik, rifah arzulayıram”.

Bundan başqa Serbiya Respublikasının Baş naziri Aleksandr Vuçic, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç, Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko da Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti