AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 63 yaşlı alverçi Mürvet Çolak tərəvəz satışı ilə məşğuldur. O, qardaşının nazir təyin olunması xəbərini bazarda eşitdiyini deyib.
Qardaşı nazir olsa da, Mürvet Çolak Düzcənin Topçular kəndində yaşayır.
"Vətənimizə, millətimizə xeyirli olsun. Qardaşımın nazir olmasına çox sevindim. O, çalışqan, dürüst insandır. Qardaşımın dürüstlüyünə, savadına söz ola bilməz"-deyə Mürvet Çolak bildirib.

AzVision.az