Con Kerri: `ABŞ Azərbaycanı tam dəstəkləyir`

Con Kerri: `ABŞ Azərbaycanı tam dəstəkləyir`
  25 May 2016    Oxunub:2485
ABŞ-ın dövlət katibi Con Kerri Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

AzVision.az xəbər verir ki, təbrikdə belə deyilir: “28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını Prezident Obamanın və Amerika xalqının adından təbrik edirəm.

Əsrin dörddə birindən artıqdır ki, ölkələrimiz Avropada və Avropadan kənarda təhlükəsizlik və inkişaf naminə birgə çalışıblar. Azərbaycanın bütün vətəndaşlarının iqtisadi imkanlarını artırmaq, ifadə və siyasi iştirak azadlığını inkişaf etdirmək, onların təhlükəsiz və sabit gələcəyini təmin etmək yolunda atılan addımları ABŞ qətiyyətlə dəstəkləyir.

Azərbaycan Avropa bazarının enerji ilə təmin olunmasında mühüm rol oynayır. ABŞ regional enerji şaxələndirilməsi məsələsində Azərbaycanın səylərini tam dəstəkləyir. ABŞ Hökuməti zorakı ekstremizmə qarşı mübarizədə sizinlə tərəfdaşlığımızı və transmilli məsələlərdə sıx əməkdaşlığımızı yüksək qiymətləndirir. Birləşmiş Ştatlar, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etməyə sadiqdir.

Bu əlamətdar gündə Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram”.



AzVision.az



Teqlər:  





Xəbər lenti