Rus turistlər Azərbaycanı seçir

Rus turistlər Azərbaycanı seçir
  25 May 2016    Oxunub:3939
Rusiyadan Azərbaycana olan biletlərin satışı 90 faiz artıb.
AzVision.az “TASS”-a istinadən xəbər verir ki, bunu “Skyscanner” bilet və otel axtarışı xidmətinin araşdırması göstərir.

Araşdırma çərçivəsində resurs 260 min rusiyalı səyahətçi arasında sorğu keçirib, həmçinin, xidmətin saytı vasitəsilə aviabiletlərin bronlaşdırılmasını təhlil edib.

Məlumata əsasən, sifarişlərin əksəriyyəti (52 faiz) Rusiya kurortlarına edilir. Ümumilikdə, cari yay mövsümündə Rusiya turistlərinin 60 faizinin ölkə daxilində istirahət edəcəyi gözlənilir. Keçən il isə bu göstərici 50 faiz olub.

“Skyscanner”in araşdırmasına əsasən, daxili istiqamətlərdən başqa rusiyalı turistlər yaxın xaricə səyahət etməyə üstünlük verib. Belə ki, ötən illə müqayisədə Rusiyadan Gürcüstana biletlərin satışı iki dəfə, Azərbaycana isə 90 faiz artıb. Bolqarıstana istirahətə tələbat 31 faiz, Qazaxıstana – 20 faiz, Ermənistana isə 16 faiz artıb.

Uzaq xaric kurortlarından isə rusiyalılar daha çox İspaniya və İtaliyaya üstünlük verirlər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti