Türkiyənin yeni baş nazirinin Qarabağ planı

AzVision.az-ın məlumatına görə, baş nazir münaqişənin ədalətli həlli üçün əlindən gələni edəcəyini bildirib.
“İki ölkə arasında gərginliyin azaldılması və Azərbaycanın Ermənistan tərəfindən işğal edilən torpaqlarının azad edilməsi üçün səy göstərməliyik”, - deyə Yıldırım qeyd edib.
Türkiyənin baş naziri Ermənistanla gələcəkdə qurula biləcək iqtisadi və siyasi əlaqələrdən də danışıb. Nazir Ermənistanla qarşılıqlı maraqlar və işbirliyi üçün açıq mühitin yaradılmasını gözlədiklərini vurğulayıb:
"Tarixin araşdırılmasını özündə əks etdirən qarşılıqlı münasibətlərin qurulacağına inanırıq”.
Türkiyənin yeni baş naziri Ankaranın Qafqazdakı qeyri-sabit vəziyyəti şəxsi problem kimi qəbul etdiyini deyib.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: