“Mən uzun müddət insanlardan təcrid olunmuşam. Bağışlayın sərt reaksiya verə bilərəm”, - deyə Savçenko ilk açıqlamasını verib.
Savçenko bundan sonra jurnalistlərin istənilən sualına cavab verəcəyini, heç kimdən qorxmadığını bildirib.
***
Ukraynanın Milli Qəhrəmanı Nadejda Savçenko artıq doğma vətənindədir.
AzVision.az xəbər verir ki, Savçenkonu gətirən prezident təyyarəsi Kiyevin `Borispol` hava limanına enib.
Bu barədə prezident Pyotr Poroşenko özünün `Twitter` səhifəsində yazıb.

**
Ukraynada əsirlikdən azad olunan Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin zabitləri Yevgeni Yerofeyev və Aleksandr Aleksandrovu gətirən təyyarə artıq Moskavaya çatıb.
AzVision.az gazeta.ru-a istinadən xəbər verir ki, təyyarə Moskvanın “Vnukovo-2” hava limanına eniş edib.
Ukraynanın Milli Qəhrəmanı Nadejda Savçenkonun olduğu Ukrayna prezidentinin təyyarəsi hazırda Kiyevə çatmaq üzrədir.
Savçenkonu prezident Pyotr Poroşenko özü qarşılayacaq. O, artıq hava limanındadır.
Eldar Tanrıverdiyev
AzVision.az