Rumıniya qəzeti `Metsamor`un törədəcəyi fəlakətdən yazdı

Müəllif bildirir ki, erməni ictimaiyyəti ilə yanaşı, beynəlxalq ictimaiyyət üçün də narahatlıq yaradan birinci məsələ Ermənistanın sabiq baş naziri, hazırda deputat olan Qrant Baqratyanın 29 aprel tarixində mətbuata açıqlamasında Ermənistanın nüvə silahına malik olmasını bildirməsidir. Narahatlıq doğuran ikinci məsələ isə cari ilin aprel ayının əvvəllərində baş vermiş dörd günlük müharibə kontekstində, xüsusilə də Azərbaycana mesaj kimi Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının radioaktiv tullantılarının qəsdən Azərbaycanın işğal olunmuş ərazilərinə tullamasıdır.
Müəllif Türkiyənin energetika naziri Berat Albayrakın Ermənistandakı AES-in fəaliyyətinə qarşı tədbirlər görülməsi üçün ekoloqlara müraciət etdiyini də vurğulayıb.
Məqalədə daha sonra qeyd edilir ki, Gürcüstanın da cəlb edildiyi uran qaçaqmalçılığı daxil olmaqla, Ermənistanda nüvə obyektlərinin təhlükəli vəziyyətdə olması real görünür.
Müəllif məqaləsində istismar müddəti başa çatmış Metsamor AES-in hazırkı vəziyyətindən söz açaraq, seysmik zonada inşa edilmiş bu AES-in partlaması nəticəsində yaranacaq fəlakətin təkcə Ermənistanda deyil, bütün Qafqazda hansı nəticələrə gətirib çıxaracağını vurğulayıb.
AzVision.az
Teqlər: