Ermənistanın sabiq baş naziri: `46 ildir nüvə silahımız var`

Bu barədə AzVision.az Ermənistanın “Aykakan Jamanak”a istinadən xəbər verir.
Baqratyan qeyd edib ki, Ermənistanda nüvə silahının olması guya Azərbaycan və Türkiyənin müdaxiləsinin qarşısını almaq üçün nəzərdə tutulub.
Sabiq baş nazir Ermənistanda nüvə silahının olması xəbərinə Azərbaycan ictimaiyyətinin verdiyi reaksiyaya da təəccüblədiyini bəyan edib: “Niyə Azərbaycan indi, 46 il sonra Ermənistanı nüvə silahı olduğu üçün məsuliyyətə cəlb etmək istəyir”.
Bu arada Baqratyan Ermənistanın nüvə potensialının MAQATE-nin nəzarət i altında olduğunu qeyd edib.
Eldar Tanrıverdiyev
AzVision.az