Ermənistanda kişilərin sayı azalır
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2016-cı ilin son statistikasına əsasən Ermənistan əhalisinin sayı 3 milyon 27 min 262 nəfərdir.
Əhalinin tərkibində kişilər (46,5%), qadınlar isə (53,5%) təşkil edib. Statistikadan da göründüyü kimi, bu ölkədə kişilərin sayı ilbəil azalır.
Bundan əlavə qeyd olunub ki, Ermənistanda hər il 27 min insan ölür. 118 Ermənistan vətəndaşı çətin həyat şəraiti ilə əlaqədar ölkəni tərk edib.
AzVision.az
Teqlər: