ABŞ Azərbaycana birgə hərbi təlimlər keçirməyi təklif etdi
O bildirib ki, Azərbaycanın hərbi nümayəndələri ilə hərbi sahədə gələcək əməkdaşlıq perspektivləri barədə müzakirələr aparıb:
“Gürcüstanda “Noble Partner” adlı təlimlər keçirilib. Gələn il keçiriləcək təlimlərə Azərbaycan hərbçilərinin də cəlb edilməsi ilə bağlı müzakirələr aparılıb”.
B. Hodcesin sözlərinə görə, müzakirələr zamanı Azərbaycanı hərbi sahədə təmsil edən şəxslərə bildirib ki, dəvət gələcəyi təqdirdə, ABŞ hərbçiləri Azərbaycana gəlib, birgə təlimlərdə iştirak də bilər:
“Mən də istəyirəm bizim hərbçilər Azərbaycana gəlib təlim keçsinlər və bu bölgəyə xas olan təcrübəni qazana bilsinlər”.
Qeyd edək ki, Gürcüstanda ABŞ və Britaniya hərbçilərinin və döyüş texnikasının iştirakı ilə keçirilən təlimlər başa çatıb.
AzVision.az
Teqlər: