`Prezident olmaq istəyərəm` - Savçenko

`Prezident olmaq istəyərəm`  - Savçenko
  27 May 2016    Oxunub:2232
Həbsdən azad edilən hərbçi Nadejda Savçenko Ukrayna prezidenti olmaq istədiyini bildirib.
AzVision.az “112”yə istinadən xəbər verir ki, bunu Savçenko Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib.

“Ukraynalılar, siz mənim prezident olmağımı istəyisiniz? Yaxşı, mən prezident olaram. Lakin mən hələ inanmıram ki. İnsanlar qarabaşağa səs verməyə öyrəniblər. Mən uçmağı sevirəm, lakin prezident olmaq lazımdırsa, mən bunu edərəm və səylə çalışaram”.

Xatırladaq ki, martın 22-də Rusiyanın Rostov vilayətinin Doneçk şəhər məhkəməsi sabiq Ukrayna hərbçisi Nadejda Savçenkonun 22 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarmışdı.

Savçenko “VQTRK” şirkətinin jurnalistləri İqor Kornelyuk və Anton Voloşinin öldürülməsində, həmçinin Rusiya Federasiyası sərhədlərini qanunsuz şəkildə keçməkdə şübhəli bilinirdi.

Poroşenko tərəfindən Milli Qəhrəman adı verilən Savçenko ötən gün Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə həbsdən azad edilib və ölkəsinə təhvil verilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti