Kaspşik Nalbandyanla Vyana görüşünü müzakirə edib

Kaspşik Nalbandyanla Vyana görüşünü müzakirə edib
  27 May 2016    Oxunub:2001
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüb.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, tərəflər Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində keçirilmiş monitorinq, prezidentlərin mayın 16-da Vyanada keçirdiyi görüşün nəticələrini müzakirə ediblər.

Xatırladaq ki, mayın 16-da Vyanada Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistan Prezidenti Serj Sarkisyanın, ABŞ-ın dövlət katibi Con Kerrinin, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Dezirin, ATƏT-in Minsk qrupunun həmsədrlərinin və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşikin iştirakı ilə görüş keçirilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti