Binəli Yıldırım ilk səfərini Azərbaycana edəcək

Binəli Yıldırım ilk səfərini Azərbaycana edəcək
  27 May 2016    Oxunub:1779
Türkiyənin yeni Baş naziri Binəli Yıldırım Azərbaycana səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Nazirlər Kabinetindən məlumat verilib. Həmin məlumata görə, səfər iyunun 1-də baş tutacaq.

B.Yıldırım Azərbaycana səfəri çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.

Bu səfər B.Yıldırımın Baş nazir qismində ilk xarici səfəridir.

AzVision.az


Teqlər:  





Xəbər lenti