`Azərbaycan qazı Rusiya qazına rəqib deyil` - Nazir

`Azərbaycan qazı Rusiya qazına rəqib deyil` - Nazir
  28 May 2016    Oxunub:1857
Transadriatik boru kəməri (TAP) layihəsi Rusiya qazının Avropanın cənubuna tədarükünə rəqib deyil.
Bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

O, jurnalistlərə açıqlamasında bildirib: “TAP Avropa üçün kifayət qədər cüzi həcmdir. Həcmlər hazırda 10 mlrd. kubmetrdən çox deyil və o da 2019-cu ilə perspektivlə. Buna görə də, avropalı istehlakçıların daha çox qaz həcmləri və tədarük marşrutlarının şaxələndirilməsinə ehtiyacları var”.

Qeyd edək ki, TAP layihəsi “Şahdəniz” yatağından “Mərhələ-2” çərçivəsində çıxarılacaq qazın Yunanınstan və Albaniyadan keçməklə Qərbi Avropaya nəqli üçün nəzərdə tutulub.

AzVision.az


Teqlər:  





Xəbər lenti