Liberman Azərbaycanla əməkdaşlıqdan danışdı

Onun sözlərinə görə, münasibətlərin səviyyəsi həqiqətən də çox yüksəkdir və iki ölkə üçün onların əhəmiyyətini qiymətləndirmək çətindir: "Bütün sahələrdə ikitərəfli qarşılıqlı fəaliyyətin genişləndirilməsi dövlətlərimizin maraqlarına cavab verir və mənə olduqca perspektivli görünür".
Terrorçuluqla mübarizə sahəsində Azərbaycanla əməkdaşlığa toxunarkən nazir qeyd edib ki, hazırda terrorçuluqla mübarizə məsələsi İsrail üçün həyati önəmə malikdir: "Dövlətin əsası qoyulduğu andan etibarən bütün tarix boyunca terrorçuların mütəmadi, davamlı hücumlarına qarşı durmaq məcburiyyətində qalmışıq. Beynəlxalq terrorun qarşısını almaq üçün azad dünyanın bütün ölkələri öz səylərini birləşdirməlidir".
AzVision.az