`Azərbaycan beynəlxalq arenada mövqelərini möhkəmləndirir` - Baş katib

`Azərbaycan beynəlxalq arenada mövqelərini möhkəmləndirir` - Baş katib
  30 May 2016    Oxunub:2840
MDB Parlamentlərarası Assambleya Şurasının baş katibi Aleksey Sergeyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
AzVision.az xəbər verir ki, təbrikdə deyilir:

"Xahiş edirəm, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə MDB-nin iştirakçısı olan ölkələrin Parlamentlərarası Assambleya Şurası adından təbriklərimizi qəbul edin.

Dövlətçiliyin və suverenliyin möhkəmlənməsi yolunda inamla addımlayan müasir müstəqil Azərbaycan iqtisadi potensialını ardıcıl olaraq gücləndirir, beynəlxalq arenada mövqelərini möhkəmləndirir.

Sizə-görkəmli siyasi və dövlət xadiminə və Zati-alinizin şəxsində bütün Azərbaycan xalqına xoşbəxtlik, sülh, firavanlıq və tərəqqi arzu edirəm.

Möhtərəm İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, tükənməz enerji və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh, rifah və firavanlıq diləyirəm".

AzVision.az


Teqlər:  





Xəbər lenti