Yuanın vəziyyəti `Kitayski`dir - 10 ayda 7-ci devalvasiya

Yeni məzənnəyə əsasən çinlilər bir dollar üçün 6,5790 yuan ödəməlidirlər.
Qeyd edək ki, Çin yuanı mayın 4-ü də devalvasiyaya uğrayıb və bir dollar 6,4943 yuan olub.
Çin yuanı ötən ilin dekabrın 10-u və dekabrın 14-da devalvasiyaya uğrayıb və bir dollar 6,4445 yuan olub.
Xatırladaq ki, Çin Xalq Bankı ötən ilin avqust ayında üç gündə milli valyutanı üç dəfə devalvasiya etmişdi: Avqustun 11-i Çin valyutası 1,9%, avqustun 12-i isə daha 1,62% devalvasiya edib.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: