Putin və Sarkisyan bu gün görüşə bilər
Məlumata əsasən Sarkisyan Qazaxıstanın paytaxtı Astanada Avrasiya İqtisadi Birliyinin (AİB) prezidentlərinin iclasında iştirak edəcək.
AİB-in iclasına Qazaxıstan lideri Nursultan Nazarbayev, Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşernko da qatılacaq.
Qeyd edək ki, Rusiya XİN-in MDB ölkələri dördüncü departamentinin direktoru Aleksey Pavlovski ötən həftə verdiyi bəyanatda iclası zamanı Ermənistan və Rusiya prezidentləri Serj Sarkisyan və Vladimir Putinin görüşəcəyi istisna etməyib.
Eldar Tanrıverdiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


