Xaricdə oxuyanlara əsgərlikdən möhlət hüququ verildi

Maddənin 1.5-ci hissəsinə edilən dəyişikliyə əsasən, “xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək” möhlət hüququ veriləcək.
Bu hissənin hazırda qüvvədə olan variantı isə belədir:
“Xarici ölkələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş təhsil müəssisələrində əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək”.
Bundan sonra xarici ölkə təhsil müəssisələrində təhsil alanlar üçün hərbi çağırışdan möhlət hüququnun əldə edilməsi üçün müvafiq icra hakimiyyəti orqanı (Təhsil Nazirliyi) tərəfindən tərtib olunmuş xarici ölkə təhsil müəssisələri siyahısına ehtiyac qalmır.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.
Anar Kəlbiyev
AzVision.az