`Dünyanı yönəldən qurum` – Bilderberq Klubu Almaniyada toplaşır

`Dünyanı yönəldən qurum` – Bilderberq Klubu Almaniyada toplaşır
  31 May 2016    Oxunub:3579
Məşhur "Bilderberq klubu" iyunun ayının 9-12 tarixilərində Almaniyada toplaşacaq. AzVision.az alman mətbuatına istinadən bildirir ki, klub üzvlərinin Drezden şəhərində bir araya gələcəkləri güman olunur.

Verliən məlumata görə, təxminən 100-150 iştriakçının qatılacağı müzakirələrdə dünyanın idarə edilməsi, yeni dünya düzəni müzakirə predmeti olacaq.

İştirakçılar arasında hökumət rəhbərləri, Qərbi Avropanın yüksək maliyyə qrumları, ABŞ və Kanadanın sənaye təmsilçiləri, hərbi və xüsusi xidmət orqanlarının rəsmiləri, eləcə də böyük media maqnatlarının olacağı bildirilir.

Eskperlərin fikrincə, "Bilderberq klubu" ən nüfuzlu şəxslərin iştirakına görə "Böyük Yeddiləri" (G7) kölgədə qoyur. Klubun sonuncu toplantısında Avropa Birliyinin durumu, Ukrayna münaqişəsi müzakirə edilmişdi.

Qeyd etmək lazımdır ki, "Bilderberq klubu"nun keçmiş prezidenti və AB-nin keçmiş komissarı Etinne Davignon özü etiraf edib ki, Avro pul vahidinin gizli yaradıcısı məhz "Bilderberq klubu"dur.

Xatırladaq ki, bu zamana kimi, bir çox dövlət rəhbərləri "Bilderberq klubu"nun müzakirələrinə qatılıblar. Məsələn, 2009-cu ildə Avropa İttifaqı Şurasının Prezidenti Herman van Rompey, 2008-ci ildə ABŞ Prezidenti Barak Obama, 2005-ci ildə Almaniya kanslerləri Angela Merkel və Gehard Şröder, 2003-cü ildə Avropa Mərkəzi Bankının rəhbəri Jan Klaud Trixnet, 2003-cü ildə Avropa Komissiyasının Prezidenti Jose Manuel Barosso, 1993-cü ildə Britaniya baş naziri Toni Bleyer, 1991-ci ildə ABŞ Prezidenti Bil Klinton, 1982-ci ildə Almaniya kansleri Helmut Kol, 1977-ci ildə Britaniya baş naziri Marqaret Tedçer, 1973-cü ildə Almaniya kansleri Helmut Şmit və başqa görkəmli siyasətçilər qeyd olunan klubunun müzakirələrində iştirak ediblər.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti