Türkiyənin yeni baş naziri qəzəbləndi: `Bu, axmaqlıdır...`

B.Yıldırımın sözlərinə görə, qondarma “soyqırım” layihəsi Almaniya Bundestaqında qəbul olunsa belə, bu, Türkiyə üçün ciddi əhəmiyyət daşımır.
“Bu, olmayan və həqiqəti əks etdirməyən hadisədir. 1915-ci ildə Birinci Dünya Müharibəsində baş vermiş və hər cəmiyyətdə mümkün olan bir hadisədir. Biz bu məsələ ilə bağlı bütün dünyaya bildiririk ki, gizlədəcək heç nəyimiz yoxdur. Tarixçiləri hər şeyi araşdırsın”.
B.Yıldırımın fikrincə, qanun layihəsi qəbul edilərsə, Almaniya ilə Türkiyənin əlaqələrində problemlər yaranacaq. “Biz əlaqələrin pozulmasını istəmirik”.
Qeyd edək ki, ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kanseleri Angela Merkel arasında telefon danışığı olub. Ərdoğan 2 iyunda Almaniya Parlamerntində müzkairəyə çıxarılan qanun layihəsi ilə bağlı narahatlığğını bildirib.
Aytən Zəhra
AzVision.az
Teqlər: