Hər il 3.1 milyon uşaq aclıqdan ölür – Dəhşətli FOTOLAR

Hər il 3.1 milyon uşaq aclıqdan ölür – Dəhşətli FOTOLAR
  01 İyun 2016    Oxunub:29287
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

AzVision.az xəbər verir ki, bu günün uşaqlara həsr olunması 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.

Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.



Bundan əlavə BMT-nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya Uşaqlar Günü də qeyd olunur.
“Ümumdünya Uşaqlar Günü” 1954-cü ildə BMT-nin Baş Assambleyasının №836 (IX) saylı qətnaməsində 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyyə olunan bayram kimi qeyd olunub.

Lakin dünyada xeyli sayda müharibələr, təbii fəlakətlər, kataklizmlər və s faciələrdən uşaqlar da əziyyət çəkirlər. Statistikaya əsasən hər il dünyada 3.1 milyon uşaq aclıqdan ölür, 100 milyon uşaq tam qidalana bilmir, 1 milyard uşağın yoxsulluq həddində yaşayır 66 milyon məktəbli isə aclıqdan əziyyət çəkir.



Dünyada ən çox əziyyət çəkən uşaqlar isə suriyalı qaçqınlardır. Suriyada davam edən vətəndaş müharibəsi nəticəsində 5,5 milyon insanın həyat şəraiti kəskin pisləşib. Suriyada müharibədən əziyyət çəkənlərin 56%-i uşaqlardır.



Dəhşətli müharibə zamanı Suriyadan 2,5 milyon insan qaçqın düşüb. Bunun 1,2 milyonu uşaqlardır. 37, 498 suriyalı qaçqın uşaq isə ölkədən kənarda doğulub.







Eldar Tanrıverdiyev
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti