`Azərbaycan bizim üçün əhəmiyyətlidir`- Kemeron

Sərginin açılışında oxunan məktubda deyilir: "Zati-aliləri Prezident İlham Əliyev və Azərbaycan xalqını bu cəlbedici sərgi və konfransın keçirilməsi münasibətilə təbrik etmək istəyirəm".
Məktubda iki ölkənin möhkəm ikitərəfli əlaqələri inkişaf etdirməyə davam edəcəklərinə dair ümid ifadə olunur: "Olduqca şadam ki, Britaniya şirkətləri Azərbaycanın karbohidrogen sektorunun inkişafında vacib rol oynayırlar".
Məktubda qeyd olunur ki, Azərbaycanın enerji resursları Avropa və dünya iqtisadiyyatında, Avropanın enerji təhlükəsizliyində həyati önəmli rol oynayırlar: "Cənub Qaz Dəhlizi" Avropa bazarlarına enerji resurslarının tədarüklərinin şaxələndirilməsində vacib rol oynayırlar. Böyük Britaniya "Cənub Qaz Dəhlizi" və Transadriatik boru kəməri layihəsinin inkişafında Azərbaycanın rolunu alqışlayır".
AzVision.az
Teqlər: