Deputatlar arasında əlbəyaxa dava – VİDEO

  02 İyun 2016    Oxunub : 9710
Deputatlar arasında əlbəyaxa dava – VİDEO
Ukrayna parlamentində deputatlar arasında yenidən dava düşüb.
AzVision.az-ın məlumatına görə, parlamentin iclas zalında "Xalq Cəbhəsi"dən olan deputat Yuri Bereza "müxalifət blokunun" deputatlarını fiziki təsirlə razı salmağa çalışıb.

Parlament zalında qarşıdurma Dnepropetrovsk şəhərinin Dnepr adlandırılması barədə təklif olunan qanun layihəsinin imtinasından sonra başlayıb.

Dnepropetrovsk, eləcə də başqa 287 qəsəbənin adını dəyişmək qərarının ləğv olunmasından sonra məclis üzvləri arasında qarşıdurma yaranıb. Yalnız 18 millət vəkili köhnə adların qorunması üçün qərarın lehinə səs verib. Daha sonra Ali Radanın spikeri Andrey Parubiy adları dəyişmək üçün sərəncam imzalayıb.



Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: