Otelə silahlı hücum - 2 deputat qətlə yetirildi

Hüquq-mühafizə orqanlarının yaydığı məlumatda, ölən deputatlar-Məhəmməd Mahmud Cur və Abdulla Camidir.
Məlumata əsasən hər iki şəxs binaya basqın edən silahlı qrup tərəfindən öldürülüb.
Otelə hücum zamanı xeyli sayda insan girov götürülüb. Daha sonra azad edilən girovlar arasında bir neçə deputatın olduğu bildirilib.
Hadisəyə görə məsuliyyəti “Əl-Şabab” təşkilatı öz üzərinə götürüb.
Eldar Tanrıverdiyev
AzVision.az