`Döyüşlər zamanı zirzəmidə gizlənmişdik` - Erməni əsgər

AzVision.az xəbər verir ki, əsgər Naapetyan erməni KİV-nə verdiyi müsahibəsində döyüşlər zamanı Talış kəndində evlərdən birinin zirzəmisində gizləndiyini etiraf edib.
O, bildirib ki, döyüşlər zamanı Talış kəndinin sakinləri öz evlərini tərk ediblər. Naapetyanın sözlərinə görə, kəndi qoruyan erməni əsgərlərin yarıdan çoxu döyüşlər zamanı yaralanıb.
Erməni əsgər aprel döyüşləri zamanı hərbi yoldaşları ilə əlaqə yarada bilmədiyini söyləyib: “Gizləndiyimiz zirzəminin hündürlüyü 1,5 metrdən çox idi. Yaralı vəziyyətdə yuxusuz və qida olmadan yarım gün zirzəmidə qaldım”.
Eldar Tanrıverdiyev
AzVision.az