Türkiyə Almaniyadakı səfirini geri çağırdı - Qalmaqal

Qeyd edək ki, bu gün Almaniya Bundestaqı qondarma `erməni soyqırımı` ilə bağlı qətnaməni qəbul edib.
Alman deputatlardan biri nəfər qətnamənin əleyhinə səs verib, bir deputat isə bitərəf olub.
Xatırladaq ki, qətnamə “101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqların soyqırımının anılması” adlanır.
***
(14:38)
Türkiyə Almaniyadakı səfirini geri çağıra bilər
Qondarma “erməni soyqırımı” tanınacağı halda Türkiyə Berlindəki səfiri Hüseyn Avni Karslıoğlunu geri çağıra bilər.
AzVision.az `Tagesspiegel`-ə istinadən xəbər verir.
Nəşr yazır ki, Türkiyə digər Avropa ölkələrinin parlamenti tərəfindən “soyqırım” tanınanda bu cür reaksiya verib. Nəşr 2015-ci ildə rəsmi Ankaranın Avstriya və Lüksemburqda səfirlərin geri çağrılmasını xatırladıb.
Qeyd edək ki, Almaniya Bundestaqında “erməni soyqırımı”nın tanınması ilə bağlı qətnamə müzakirəyə çıxarılıb.
Qətnamə “101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqların soyqırımı haqqında yaddaş” adlanır.
Layihənin müəllifi, Yaşıllar Partiyasının türk əsilli həmsədri Cem Özdəmir qəzetə müsahibəsində deyib ki, bu qətnamə Ankaranı qıcıqlandıracaq, ancaq Bundestaq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən şantaj olunmasına imkan verməyəcək.
Bundestaqda xristian-demokratların fraksiyasının rəhbəri Folker Kauder isə hesab edir ki, qətnamə türklərlə ermənilər arasında barışığa kömək edəcək.
Eldar Tanrıverdiyev
AzVision.az