Merkel `soyqırım` müzakirəsinə gəlmədi - Ərdoğan nə edəcək?

Merkel `soyqırım` müzakirəsinə gəlmədi - Ərdoğan nə edəcək?
  02 İyun 2016    Oxunub:7720
Xəbər verdiyimiz kimi, Almaniya Bundestaqı bir neçə dəqiqə öncə qondarma “erməni soyqırımı” ilə bağlı qətnaməni qəbul edib. Almaniya bununla da uydurma "erməni soyqırımı”nı tanımış oldu.
Türkiyə ilə Almaniya arasında siyasi qalmaqala səbəb olacaq qətnaməyə alman deputatlardan biri etiraz edərək, layihənin əleyhinə səs verib, bir deputat isə bitərəf olub.
Parlamentdə keçirilən səsvermədə Almaniya kansleri Angela Merkel, onun köməkçisi Qabriel və xarici işlər naziri Frank-Valter Ştaynmayer iştirak etməyib.

Məlumata əsasən parlament iclasında hökumət üzvlərinə məxsus sıraların böyük əksəriyyəti boş qalıb.

Qeyd edək ki, bir neçə gün öncə Türkiyə prezidenti Rəcəb Tayyib Almaniya kanselerə zəng edərək “erməni soyrıqımı” layihəsi ilə bağlı narahatlığını ifadə etmişdi.

Ərdoğan qeyd edib ki, “erməni soyqırımı”na dair qanun layihəsinin Bundestaq tərəfindən qəbul olunması Türkiyə-Almaniya münasibətlərinə xələl gətirə bilər.

“Türkiyənin bu hadisə ilə bağlı həssaslığına diqqət çəkən Ərdoğan "Almaniyadan məsələyə ağıllı yanaşma gözləyirik", - deyə Merkelə xəbərdarlıq edib.

Türkiyənin yeni baş naziri Binəli Yıldıım xəbərdarlıq etmişdi ki, Almaniya qondarma “soyqırımı” tanısa ölkələr arasında münasibətlər kəskin pisləşəcək.

“Ermənilərin iddia etdiyi hadisələr 1915-ci ildə Birinci Dünya Müharibəsi zamanı baş verib. Türkiyəni ittiham etməyə çalışanların yaxşı niyyəti yoxdur. Biz bunu bilirik. Gizlədəcəyimiz heç nə yoxdur”.

Xatırladaq ki, qətnamə “101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqların soyqırımının anılması” adlanır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti