Bundestaqın `soyqırım` qərarı tarixi səhvdir - Baş nazirin müavini

“Almaniya parlamentinin “təhrif edilmiş və əsassız” bir sıra iddiaları “soyqırım” olaraq qəbul etməsi tarixi bir səhvdir. Parlamentin bu qərarı Almaniya və Türkiyə arasındakı dostluq əlaqələrinə yaraşmır. Türkiyə üçün bu qərar heç bir əhəmiyyət kəsb etmir. Bu məsələ siyasətçilərin və ya parlamentarilərin işi deyil, elm adamları və tarixçilərin nəticəyə gətirəcəyi bir məsələdir”.
Qeyd edək ki, bu gün Almaniya Federal Məclisində 1915-ci il hadisələrini “soyqırım” kimi göstərən qanun layihəsi bir rədd, bir bitərəf səslə qəbul edilib.
Aytən Zəhra
AzVision.az