`Türkiyə gözlənilən reaksiyanı verdi` - Almaniya XİN

`Türkiyə gözlənilən reaksiyanı verdi` - Almaniya XİN
  03 İyun 2016    Oxunub:3465
Almaniya ümid edir ki, Bundestaqda qondarma “erməni soyqırımını”nın qəbul edilməsi rəsmi Berlin və Ankara arasında münasibətləri gərginləşdirməyəcək.
AzVision.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer bildirib.

Onun sözlərinə görə, uydurma “soyqırımın” qəbul edilməsi Almaniya Bundestaqının azad qərarıdır.

“Türkiyə gözlənilən reaksiyanı verdi. Ümid edirəm ki, yaxın günlərdə və ya həftələrdə bizim münasibətlərimiz düzələcək”.

AzVision.az


Teqlər:





Xəbər lenti