Qondarma `erməni soyqırımı`nı tanıyan ölkələr - SİYAHI

Qondarma `erməni soyqırımı`nı tanıyan ölkələr - SİYAHI
  03 İyun 2016    Oxunub:4469
Xəbər verdiyimiz kimi, bu gün Almaniya Bundestaqında 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıyan qətnamə qəbul edildi. Təəssüflər olsun ki, Almaniya Bundestaqı uydurma “soyqırımı” tanıyan ilk parlament deyil.

Erməni yalanlarına uyan və erməni lobbisinin təsiri altına düşən bir sıra ölkələrin parlamentlərində qondarma “erməni soyqırımı”na dair qətnamələr qəbul olunub.

AzVision.az xəbər verir ki, 1965-ci ildən "soyqırım" ifadəsi gündəmə gəlib. Kilsənin irəli sürdüyü iddialar Amerika və Avropada erməni lobbisinin dəstəyilə böyük bir kampaniyaya çevrilib.

Ermənilər ilk "soyqırım" qərarının qəbuluna Uruqvayda nail olublar. 1965-ci il aprelin 20-də Uruqvay parlamenti 24 apreli "Erməni soyqırımını anma günü" kimi tanıyıb (Uruqvay parlamenti 2004 və 2005-ci illərdə daha iki bəyanatla qərarını yeniləyib).

"Erməni soyqırımı"nı tanımış bütün ölkələrin sıralaması:

1. Uruqvay – 20 aprel 1965, 2004, 2005-cü il
2. Cənubi Kipr – 1982-ci il
3. Argentina – 1993, 2003, 2004, 2005, 2006, 2007-ci il
4. Rusiya – 1995, 22 aprel 2005-ci il
5. Yunanıstan – 25 aprel 1996-ci il
6. Kanada – 1996, 2000 və ən son olaraq 21 aprel 2004-ci il
7. Livan – 1997, 11 may 2000-ci il
8. Belçika – 26 mart 1998-ci il
9. Vatikan – 2000-ci il
10. İtaliya – 17 noyabr 2000-ci il
11. Fransa – 18 yanvar 2001-ci il
12. İsveçrə – 16 dekabr 2003-cü il
13. Slovakiya – 30 noyabr 2004-cü il
14. Hollandiya – 21 dekabr 2004-cü il
15. Polşa – 19 aprel 2005-ci il
16. Venesuela – 14 iyul 2005-ci il
17. Litva – 15 dekabr 2005-ci il
18. Çili – 2007-ci il
19. Boliviya – 2014-ci il
20. Braziliya – 2015-ci il
21. Lüksemburq – 2015-ci il
22. Bolqarıstan – 2015-ci il
23. Avstriya – 2015-ci il
24. Almaniya - 2016-ci il

"Erməni soyqırımı" iddialarının yayıldığı areal Avropa və Amerikadır. Avropada qərar qəbul edən ölkələrin çoxu Avropa Birliyinin üzvüdür. Amerikada isə "soyqırım"ı tanıyan yalnız Kanada və üç Latın Amerikası ölkəsi deyil. Türkiyənin "strateji müttəfiqi" ABŞ-da "soyqırım"ı tanıyan ştatların sayı 30-a çatıb.

ABŞ prezidentləri isə hər il aprelin 24-də "soyqırım" sözünün yarım addımlığından keçirlər. Bu il də ABŞ prezidenti Barak Obama ənənəvi çıxışında "soyqırım" ifadəsini işlətməyib.

Amerika və Avropadan kənarda "soyqırım"ı tanıyan cəmi iki ölkə var: biri Rusiya, digəri isə Livandır. Livan qondarma soyqırımı tanıyan yeganə müsəlman ölkəsidir.

Qondarma “erməni soyqırımı”nı qəbul edən təşkilatlar:

BMT-nin Ayrı-seçkiliyin Önlənməsi və Azlıqların Qorunması Alt Komissiyası

Avropa Şurası

Avropa Parlamenti

Dünya Kilsələr Şurası

İnsan Haqları Dərnəyi

YMCA Avropa Birliyi

“Permanent Peoples” Tribunal

Ümumiyyətlə ermənilərin və erməni lobbisinin hədəfi "4 T" adlanan tələblərinin yerinə yetirilməsidir:

"Soyqırım"ın dünyada tanınması;
Türkiyənin "soyqırım"ı tanıması;
Türkiyənin "soyqırım"a uğramış adamların varislərinə təzminat ödəməsi;
Türkiyənin Şərqində ermənilərə torpaq verilməsi;

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti