Binəli Yıldırım bu gün Bakıya gəlir

Binəli Yıldırım bu gün Bakıya gəlir
  03 İyun 2016    Oxunub:2274
Bu gün Türkiyənin yeni baş naziri Binəli Yıldırım Azərbaycana səfər edəcək.
AzVision.az xəbər verir ki, bu, Binəli Yıldırımın baş nazir kimi ilk xarici səfəridir.

Türkiyənin baş naziri Azərbaycana iki günlük rəsmi səfəri zamanı prezident İlham Əliyev, baş nazir Artur Rasizadə və Milli Məclisin sədri Oqtay Əsədovla görüş keçirəcək.

Səfər zamanı ölkələrimiz arasında əlaqələr geniş müzakirə olunacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti