Yıldırım Bakı səfərindən öncə Merkel və Sarkisyana ciddi mesajlar verdi

Yıldırım Bakı səfərindən öncə Merkel və Sarkisyana ciddi mesajlar verdi
  03 İyun 2016    Oxunub:3722
Türkiyənin baş naziri Binalı Yıldırım Azərbaycana səfərindən öncə Əsənboğa hava limanında mətbuat konfransı keçirib.

AzVision.az xəbər verir ki, baş nazir ötən gün Almaniya Bundestaqı tərəfindən 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanınmasına münasibət bildirib. O qeyd edib ki, Almaniyanın bu addımı iki ölkə arasında münasibətləri zədələyəcək.

“Bu qərar Almaniya parlamentinin tarixi səhvidir. Hüquqşunasların razılıq əldə etmədiyi, tarixçilərin bir araya gəlmədiyi halda belə bir qərarın qəbul edilməsi Türkiyə üçün əhəmiyyət kəsb etmir. Biz bununla bağlı səfirimizi geri çağırdıq. Türkiyə lazımı addımlar atacaq. Qeyd edim ki, bu qərarla Almaniya və Türkiyə arasındakı əlaqələr zədələnib”.

Ermənilərin tarix boyu təxribata əl atdığını vurğulayan Binalı Yıldırım bildirib ki, ermənilər Azərbaycanın 20 faiz torpağını işğal edib və işğal hələ də davam edir.

“ATƏT-in Minsk Qrupu çərçivəsində cəhdlər edilir, lakin önəmli addımlar atılmayıb. Ermənistan işğalçı siyasətini davam etdirir. Ötən günlərdə bu ölkələr arasında qısamüddətli müharibə oldu. Hesab edirəm ki, bu dəfə Azərbaycan təhlükəsizliyini təmin edə biləcək gücdədir və 25 il ərzində bu istiqamətdə özünü inkişaf etdirib. Ermənistanın tarix boyunca təxribata əl atdığını bütün dünya bilir. Ermənistan boş xəyallardan vaz keçməli, xalqının və ölkəsinin inkişafı üçün işlər görülməlidir”.

Baş nazir Azərbaycana səfərinin iki ölkə arasındakı əlaqələri daha da inkişaf etdirəcəyinə inandığını ifadə edib.

“Azərbaycan və Türkiyə arasında münasibətlər çox yaxşıdır. Xüsusilə TANAP mühüm strateji layihədir”.

Aytən Zəhra
AzVision.az



Teqlər:  





Xəbər lenti