Uorlik Nalbandyanla görüşdü: `Əla müzakirələrimiz oldu`

Uorlik Nalbandyanla görüşdü: `Əla müzakirələrimiz oldu`
  03 İyun 2016    Oxunub:2603
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə amerikalı həmsədr Ceyms Uorlik “Twitter” səhifəsində yazıb.

“Ermənistan xarici işlər naziri ilə ATƏT-in araşdırma mexanizminin yaradılması təklifi də daxil olmaqla, Vyana sammiti qərarlarının həyata keçirilməsi ilə bağlı əla müzakirələrimiz oldu”, - deyə C.Uorlik bildirib.

Qeyd edək ki, mayın 31-də Uorliklə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov arasında görüş keçirilib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı müzakirələr aparılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti