Nalbandyan Parisdə nələri müzakirə edib?

Nalbandyan Parisdə nələri müzakirə edib?
  03 İyun 2016    Oxunub:2069
Parisdə səfərdə olan Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan iyunun 2-də ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov, Ceyms Uorlik və Pyer Andrie, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən görüşdə atəşkəs rejiminin pozulmasının araşdırılmasına dair mexanizmlərin yaradılması və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səlahiyyətlərinin artırılması məsələləri müzakirə olunub.

Görüş zamanı münaqişə tərəflərinin Vyana sammitində əldə olunan razılaşmalara əməl etməsinin vacibliyi vurğulanılıb.

Xatırladaq ki, mayın 16-da Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Prezidenti Serj Sarkisyan arasında görüş keçirilib. Görüşdə ABŞ-ın dövlət katibi Con Kerri, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Dezir, ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik iştirak ediblər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti