Xaçaturov təcili əməliyyat olundu

Xaçaturov təcili əməliyyat olundu
  03 İyun 2016    Oxunub:2732
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yuri Xaçatoruv iyunun 3-də Müdafiə Nazirliyinin Kliniki Hərbi Hospitalında əməliyyat olunub.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovannisyan bildirib.

Ovanisyan Baş Qərargah rəisinin üzərində hansı əməliyyatın aparıldığını bildirməyib.

Xaçaturovun vəziyyətinin normal olduğu deyilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti