ABŞ-da seçki qalmaqalı: `Klinton həbs olunacaq`

ABŞ-da seçki qalmaqalı: `Klinton həbs olunacaq`
  03 İyun 2016    Oxunub:3039
“Əgər milyarder və respublikaçı Donald Tramp ABŞ-da keçirilən prezident seçkilərində qalib gəlsə, bu Kremldə sevinclə qarşılanacaq”.
AzVision.az xəbər verir ki, bunu ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd olan keçmiş dövlət katibi Hilari Klinton bildirib.

“Hazırda Moskva və Pekin bizim dünya üzrə ittifaqımıza həsədlə yanaşır. Çünki onlar buna qarşı heç nə ortaya qoya bilmirlər. Biz bu güc mənbəyini təhlükə altına alacaq prezidenti seçsək, onlar buna sevinərlər. Biz bunun baş verməsinə yol verməyəcəyik”, - deyə Klinton qeyd edib.

Artıq Donald Tramp da sabiq dövlət katibinin bu çıxışına münasibət bildirib. Onun sözlərinə görə, Klinton şəxsi hesabından işlə bağlı elektron poçtun göndərilməsi ilə bağlı insidentə görə həbsxanaya göndəriləcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti